http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İZİA-nın rəhbərliyi Tatarıstana səfər çərçivəsində bir sıra görüşlər keçirib

21 May 2024 , 17:09
İZİA-nın rəhbərliyi Tatarıstana səfər çərçivəsində bir sıra görüşlər keçirib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib. 

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, Forum çərçivəsində Agentlik "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar" mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri ölkəmizdə faəliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.

Həmçinin iqtisadi forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişə əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis tərəfindən Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək. 

 

Bundan başqa səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu