http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO

22 May 2024 , 23:28
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film çəkiləcək.

Mədəniyyət Nazirliyindən "Operativ Media"ya bildirilib ki, mayın 22-də nazirlikdə film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.

Sultan Raev qeyd edib ki, filmin çəkilişləri yaxın aylarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılacaq. Ekran əsəri qardaş türk xalqları arasında kinematoqrafiya sahəsində körpü rolunu oynayacaq.

Nazir filmin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə TÜRKSOY-a və qurumun baş katibi Sultan Raevə təşəkkürünü bildirib. Türk dünyasından tanınmış aktyorların iştirakı ilə layiqli bir ekran işinin çəkiləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının ötən ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qardaş respublikaların dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin birgə istehsalı qərara alınıb. 

OXŞAR XƏBƏRLƏR
“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu