http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Rusiya XİN: Laçın yolundakı vəziyyət sülh müqaviləsini çətinləşdirir

26 Dekabr 2022 , 11:09
Rusiya XİN: Laçın yolundakı vəziyyət sülh müqaviləsini çətinləşdirir

"Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir"

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin "TASS"a müsahibəsində bildirib. 

"Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həll yoluna gələ bilsinlər. Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə hər cür kömək göstərməyə hazırdır.

Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti "yerində" həll etmək üçün enerjili səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasını gözləyirik"-deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu