http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

MN: "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

26 Dekabr 2022 , 12:47
MN: "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Buraxılış mərasimində kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu