http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan XİN rəsmisi Fransanın xarici işlər nazirinə cavab verib

07 Oktyabr 2022 , 13:05
Azərbaycan XİN rəsmisi Fransanın xarici işlər nazirinə cavab verib

5 oktyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ilk dəfə deyil ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir.

"Nazir Kolonnanın Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır. Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir, lakin yaxşı olardı ki, Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüquq prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədaləti mövqedən çıxış etsin.

Ümumiyyətlə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə töhfə vermək səyləri fonunda nazir Kolonnanın birtərəfli və məsuliyyətsiz bəyanatı anlaşılmazlıq doğurur.

Onu da bildirmək istərdik ki, bir neçə gündən sonra 2 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının 2 -ci ildönümü olacaq. Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik", - XİN rəsmisi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

XƏBƏR LENTİ
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Menyu