http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Vyetnam iş adamları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

30 May 2024 , 17:08
Azərbaycan və Vyetnam iş adamları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə olublar.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib.

Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə tutulur.

KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak ediblər. Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.

 

OXŞAR XƏBƏRLƏR
Rusiyadan taxıl ixracı 2024-cü ildə 16 faiz artıb

Rusiyadan taxıl ixracı 2024-cü ildə 16 faiz artıb

Yanvar - may aylarında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14%-ə yüksəlib

Yanvar - may aylarında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14%-ə yüksəlib

AMB-nin bu günə olan valyuta məzənələri

AMB-nin bu günə olan valyuta məzənələri

XƏBƏR LENTİ
  • 10:27

    Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq
  • 10:22

    ÜST: "Ötən il oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində 500-dən çox fələstinli ölüb"
  • 10:18

    Ötən gün itkin kimi axtarışda olan 12 nəfər tapılıb
  • 10:14

    Ötən gün axtarışda olan 91 nəfər saxlanılıb
  • 10:00

    Tailandın baş naziri istefa verməsi ilə bağlı şayiələri təkzib edib
  • 10:00

    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • 09:58

    Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır
    Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır
  • 09:56

    Prezident: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir
    Prezident: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir
Menyu