http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə təsərrüfatlara başa çəkib

30 May 2024 , 17:34
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə təsərrüfatlara başa çəkib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli mayın 30-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Operativ Media" xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, aqrar sığorta, toxumçuluq, texnika ilə təminat və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Azad Cəfərli rayonun Yuxarı Daşkəsən qəsəbəsində fermer Bəndər Əsgərovun arıçılıq təsərrüfatına baş çəkib, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb.

Aparat rəhbəri Bayan kəndində fermer Etibar Əliyevə məxsus heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə də tanış olub, fermerlərlə heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti barədə fikir mübadiləsi aparıb.

OXŞAR XƏBƏRLƏR
"Bakcell" və "Nar" balans bildirişini ekranda göstərmək üçün abunə haqqı tutacaq

"Bakcell" və "Nar" balans bildirişini ekranda göstərmək üçün abunə haqqı tutacaq

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

XƏBƏR LENTİ
  • 17:09

    COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirib
  • 16:45

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • 16:34

    Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
  • 16:32

    Azərbaycanın Portuqaliyaya neft ixracı artıb
  • 16:19

    Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 40% azaldı
  • 16:12

    Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır
  • 15:59

    Azərbaycanın plastmassa ixracından gəliri azalıb
  • 15:45

    Güclü sel kəndin yolunu uçurub
Menyu