http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan boksçuları Paris-2024-ə 4-cü lisenziyanı qazanıb

31 May 2024 , 13:48
Azərbaycan boksçuları Paris-2024-ə 4-cü lisenziyanı qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Operativ Media" xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

Boksçumuz 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) də eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya mübarizəsini davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR
"Kəpəz" yeni transferini açıqladı

"Kəpəz" yeni transferini açıqladı

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

XƏBƏR LENTİ
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
  • 19:53

    Bayden Rusiyaya qarşı müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləyəcəyini vəd edib
  • 19:48

    Bayden BMT Baş Assambleyasında çıxış edib: HƏMAS və İsrail arasında müharibə bitməlidir
  • 19:45

    ANAMA rəsmisi NATO Nümayəndəliyi ilə görüş keçirib
  • 19:37

    İsrail hücumu zamanı Hizbullah komandiri Kubeysi öldürülüb
  • 19:32

    Ərdoğan: Fələstini tanımayan dövlətləri tezliklə tanımağa dəvət edirəm
Menyu