http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan millisi Avropa rekordunu təkrarlayıb

31 May 2024 , 22:42
Azərbaycan millisi Avropa rekordunu təkrarlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı qazanıb. Bu uğura Malik Həsənov imza atıb.

"Operativ Media" xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan idmançımız multiidman yarışına vəsiqəni Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində əldə edib. Malik Paris-2024 lisenziyasını daha öncə qazanan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) qoşulub.

Bununla da Azərbaycan yığması Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub. Ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.

Qeyd edək ki, Azərbaycan millisi Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmamızın daha iki üzvü Tailanddakı çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “dördlüy”ə qoşula bilər.

OXŞAR XƏBƏRLƏR
"Kəpəz" yeni transferini açıqladı

"Kəpəz" yeni transferini açıqladı

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan 2-ci Liqasında 4-cü tura yekun vurulub

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

XƏBƏR LENTİ
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
  • 19:53

    Bayden Rusiyaya qarşı müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləyəcəyini vəd edib
  • 19:48

    Bayden BMT Baş Assambleyasında çıxış edib: HƏMAS və İsrail arasında müharibə bitməlidir
  • 19:45

    ANAMA rəsmisi NATO Nümayəndəliyi ilə görüş keçirib
  • 19:37

    İsrail hücumu zamanı Hizbullah komandiri Kubeysi öldürülüb
  • 19:32

    Ərdoğan: Fələstini tanımayan dövlətləri tezliklə tanımağa dəvət edirəm
Menyu