http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Alfonso Dominqes yığmamıza 5-ci Olimpiya lisenziyasını qazandırıb

02 İyun 2024 , 12:32
Alfonso Dominqes yığmamıza 5-ci Olimpiya lisenziyasını qazandırıb

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Operativ Media" xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.

O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.

Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

Azərbaycan yığması "Türkdilli Ölkələr Turniri"ndə çıxış edəcək

AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

Ançelotti: “Real”ın baş məşqçisi kimi 300 matç demək olar ki, möcüzədir

XƏBƏR LENTİ
  • 18:20

    Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir
  • 18:17

    Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq
  • 18:16

    Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
    Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
  • 18:14

    Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlanıb
    Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlanıb
  • 18:14

    Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək
  • 18:12

    Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək
    Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək
  • 18:08

    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
  • 18:04

    Energetika naziri: “Azərbaycanın yaşıl enerji güclərinin 70 faizindən çoxu ixrac ediləcək”
Menyu