http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN: Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələr keçirilib

27 Dekabr 2022 , 22:20
XİN: Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələr keçirilib

26-27 dekabr 2022-ci il tarixlərində Rabat şəhərində Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib. 

 

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Mərakeş tərəfindən Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru, səfir Abdulkader Əl-Ansari rəhbərlik edib.

 

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

 

Bununla yanaşı, nazir müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Mərakeş Krallağının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə keçirilmiş görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Mərakeş tərəfinə 2023-cü ilin mart ayında Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı təmas qrupunun Zirvə görüşü barədə məlumat verilib. 

 

Səfər çərçivəsində, Azərbaycan nümayəndə heyəti həmçinin bir sıra təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.

OXŞAR XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
Menyu