http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan Etnosport Beynəlxalq Mədəniyyət Festivalında yüksək səviyyədə təmsil olunur

07 İyun 2024 , 10:01
Azərbaycan Etnosport Beynəlxalq Mədəniyyət Festivalında yüksək səviyyədə təmsil olunur

İyun ayının 6-da Türkiyə Respublikasının İstanbul şəhərində VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilib.

DSX-dən "Operativ Media"ya verilən məlumata görə, 30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti, 14 Qarabağ atı və Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulmuş “Azərbaycan çadırı” ilə yüksək səviyyədə təmsil olunur.

Minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə nümayəndə heyətimiz əsasını nümayişləri hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqslərinin təşkil etdiyi  “Koroğlu”nun adını daşıyan möhtəşəm şou-kompozisiya ilə çıxış edəcək və “Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. 

Qardaş ölkədə keçirilən festival iyun ayının 9-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
"Qarabağ"ın oyunu fransızlara tapşırıldı

"Qarabağ"ın oyunu fransızlara tapşırıldı

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Sabah" 250-ə çatdı

"Sabah" 250-ə çatdı

XƏBƏR LENTİ
  • 14:23

    AZAL-dan aviabiletləri artıq 6 aylıq faizsiz taksitlə əldə etmək mümkündür
  • 14:08

    Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib
  • 14:04

    XİN: Çeçenistanda saxlanılan 3 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb
  • 14:01

    Prezident İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
    Prezident İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
  • 13:51

    İraq və Suriyanın şimalında daha 3 terrorçu zərərsizləşdirilib
  • 13:39

    Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAM
    Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAM
  • 13:30

    Məhkəmə "Altis Qrup of Kompani" ilə bağlı qərar verib
  • 13:27

    TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib
Menyu