http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib

10 İyun 2024 , 16:10
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə ARAF-ın birinci vitse-prezidenti Bəsirət Quliyev ölkədə atçılığın inkişafı və güclü idmançıların yetişdirilməsi baxımından yarışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanda keçirilən mötəbər turnirlər milli at cinslərinin dünya miqyasında tanınmasında və çövkənin təbliğatında böyük rol oynayır. Vitse-prezident iştirakçı ölkələrin dünya çempionatında idman, dostluq, sülh nümayiş etdirəcəklərinə inandığını diqqətə çatdırıb.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev isə çövkənin yalnız idman növü deyil, qədim tariximizin bir parçası olduğunu vurğulayıb. Rəsmi çıxışlardan sonra dünya çempionatı açıq elan olunub.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Bədii hissə ilə davam edən mərasimdə iştirakçı komandaların atlı paradı baş tutub.

Daha sonra Azərbaycan və Qazaxıstan komandaları arasında açılış qarşılaşması start götürüb.

Qeyd edək ki, 10 ölkədən komandaların iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR
"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Sabah" 250-ə çatdı

"Sabah" 250-ə çatdı

"Tottenhem" - "Qarabağ" matçının 9 illikləri

"Tottenhem" - "Qarabağ" matçının 9 illikləri

XƏBƏR LENTİ
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
  • 12:11

    "Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb
  • 12:09

    AFP: İsveç prokurorları İranı kiberhücumda ittiham edir
  • 12:00

    Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?
  • 11:49

    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
  • 11:40

    Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib
  • 11:33

    Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
  • 11:25

    "Qatar Airways" Livandakı vəziyyətlə əlaqədar Beyruta uçuşları müvəqqəti dayandırıb
Menyu