http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Starlink" in 9 dollarlıq limitsiz interneti Azərbaycanda nə vaxt aktivləşəcək?

10 İyun 2024 , 17:48
"Starlink" in 9 dollarlıq limitsiz interneti Azərbaycanda nə vaxt aktivləşəcək?

Ötən il "Azərkosmos"la  "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin ölkəmizdə də əlçatan olması ilə bağlı müqavilə imzalanıb.

Razılaşmaya əsasən, 2023-cü ilin 4-cü rübündə şirkətin təqdim etdiyi simsiz internet xidmətlərindən Azərbaycan da yararlana biləcəkdi. Lakin şirkətin saytında xidmətin aktiv olduğu görünsə də, Azərbaycanda hələ də  "Starlink"in internetindən istifadə etmək mümkün deyil.

İKT mütəxəssisi Elvin Abbasov “Operativ Media”ya açıqlamasında bildirib ki, Türkiyə və Ermənistanın xidmətə bu ildən qoşulmağı mümkün olacaq. Gürcüstanda isə artıq aktivdir. “Starlink” internet şəbəkəsinin Azərbaycanda aktiv olması üçün müəyyən vaxta ehtiyac var:

"Razılaşma var. Bu xidmət Azərbaycanda olacaq, amma bunun olması üçün hələ mərhələli işlər var ki, bu işlər görüldükdən sonra xidmət insanlar üçün əlçatan olacaq. Çünki, yeni texnologiyadır, peyk texnologiyasıdır. Burada xüsusi avadanlıqlar var ki, o avadanlıqlarla bir neçə istiqamətdə - korporativ, mülki istiqamətdə alınmalıdır, yerləşdirilməlidir".

Elvin Abbasov onu da əlavə etdi ki, internet qiymətləri təyinatına görə dəyişəcək. Şəxsi istifadə üçün aşağı, şirkətlərin istifadəsi üçün isə yuxarı məbləğ tələb olunacaq. Lakin burada əsas məsələ informasiya təhlükəsizliyi məsələsidir. 

"Xaricdə bizim məlumatlar nüsxələnə bilərmi? İstifadə oluna bilərmi? Həmin bu xidmətin gecikməsinin səbəbi də bununla əlaqəli ola bilər. Çünki sualların cavabı tapılmalıdır. Qanunvericiliyə uyğun olmalıdır. Vətəndaşların internet istifadəsində hüquqları qorunmalıdır. Əgər bir şirkəti Azərbaycanda rəsmi olaraq xidmət verirsə bu xidmət Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir. Hazırda 50-dən çox ölkədə 2 milyona yaxın istifadəçiyə xidmət göstərir. Şirkət hələlik Azərbaycan üzrə xidmətin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər öncədən sifariş vermək üçün 9 ABŞ dolları yəni 15,3 manat ödəməli olacaqlar".

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu