http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Millinin yeni baş məşqçisinin "maaş oyunu"

13 İyun 2024 , 08:36
Millinin yeni baş məşqçisinin "maaş oyunu"

Azərbaycan Futbol Federasiyası Assosiasiyası portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi.

Portuqaliyalı baş məşqçinin Azərbaycanda nə qədər qazanacağı böyük maraq doğurur.

"Operativ Media " xəbər verir ki, son olaraq "Beşiktaş" klubunda çalışan Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı "ağ-qaralar"da ilinə 4,5 milyon avro qazanıb.

Santuş Portuqaliya millisində nə az, nə çox, 9,7 milyon avro qazanıb. Amma bu pul ona baha başa gəlib. Portuqaliya mətbuatında daha əvvəl geniş yayılmış xəbərlərə görə, Fernando Santuş Portuqaliya Futbol Federasiyasından aldığı qonorarı aşağı salaraq vergidən yayınmaqda  günahlandırılıb. Santuşun 9,7 milyon avroluq illik gəlirini cəmi 60 min avro elan etdiyi və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunduğu bildirilib. Santuşun "Federasiya ilə aramızda yalnız xidmət modeli müqaviləsi bağlanıb" müdafiəsi ilə bu vəziyyəti yüngülləşdirməyə çalışdığı, lakin sonda cəzanın ödənilməsinə qərar verildiyi bildirilib. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər.

Santuşun millimizdəki maaşı rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
"Qarabağ"ın oyunu fransızlara tapşırıldı

"Qarabağ"ın oyunu fransızlara tapşırıldı

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

"Sabah" 250-ə çatdı

"Sabah" 250-ə çatdı

XƏBƏR LENTİ
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
  • 12:11

    "Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb
  • 12:09

    AFP: İsveç prokurorları İranı kiberhücumda ittiham edir
  • 12:00

    Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?
  • 11:49

    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
  • 11:40

    Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib
  • 11:33

    Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
Menyu