http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Braziliyada Pelenin vəfatına görə 3 günlük matəm elan edilib

30 Dekabr 2022 , 08:52
Braziliyada Pelenin vəfatına görə 3 günlük matəm elan edilib

Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti üç günlük milli matəm elan edib.


Ölkə Prezidenti Jair Bolsonaronun imzası ilə rəsmi qəzetdə dərc olunan fərmanda bildirilir ki, “Edson Arantes do Nascimento, Pelenin vəfatı ilə bağlı kədər əlaməti olaraq üç günlük milli matəm elan edilib.


Bolsonaro "Twitter" hesabında Pelenin ölümü ilə bağlı paylaşım edərək, "Allaha dua edirəm ki, bütün ailəsi və dostları bu çətin günlərdən keçsin. Pele futbolu sənətə və əyləncəyə çevirdi və futbolla Braziliyanın adını dünyaya tanıtdı. Ailəsi və pərəstişkarlarına səbr diləyirəm".


Qeyd edək ki, əfsanəvi futbolçu Pele noyabrın 29-da müalicə aldığı xəstəxanada 82 yaşında dünyasını dəyişib.


Bildirilib ki, Pelenin dəfn mərasimi yanvarın 3-də karyerasının böyük hissəsini keçdiyi “Santos” stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu