http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Telefon çox qızdığı zaman nə edilməlidir?

21 İyun 2024 , 11:23
Telefon çox qızdığı zaman nə edilməlidir?

Hər bir smartfon vaxtaşırı qıza bilər, lakin bunun şiddətli dərəcədə olması telefon üçün təhlükəlidir.

Bəs həddindən artıq qızmış mobil telefonu təcili olaraq necə soyuda bilərik?

"Operativ Media" xəbər verir ki, bunun üçün ilk növbədə silikon, rezin və ya qalın plastik qorucuyucudan istifadə edirsinizsə, onu çıxartmaq lazımdır. Daha sonra əgər telefonun arxası açılırsa, dərhal arxa korpusu açmalısınız. Bu, smartfonun istiliyi effektiv şəkildə yaymasının qarşısını alır. Əks halda elektronika zədələnə bilər.  

Smartfonun prosessorunun və yaddaşının enerji istehlakı nə qədər az olarsa, o, bir o qədər az istilik hasil edəcək. Ona görə də cihazın soyumasına icazə vermək üçün bütün aktiv proqramları bağlamağınız məsləhətdir. Bütün proqramları bağladıqdan sonra belə cihazınız isti qalırsa, onu yenidən başladın. Fon proqramlarına əlavə olaraq, fon prosesləri də enerji istehlak edir, bu da istilik istehsalını artırır. Yenidən işə salmaq lazımsız fon tapşırıqlarını dayandırır və sistem resurslarını boşaldır.

Mobil internet işə salındıqda smartfon məlumat ötürmək üçün yaxınlıqdakı qüllələrlə daim əlaqə saxlayaraq enerji sərf edir ki, bu proses çox istilik yaradır. 

Orijinal adapter vasitəsilə enerji yığan smartfonun temperaturu çox yüksəlməməlidir, lakin bir çox insanlar üçüncü tərəf istehsalçılarının şarj cihazlarından istifadə edirlər. Enerjiyə qoşduğunuz zaman cihazın çox qızdığını görsəniz, onu dərhal elektrik şəbəkəsindən ayırın. Bunun edilməməsi böyük ziyana və ya hətta yanğına səbəb ola bilər.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu