http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"Neftçi" yeni baş icraçı direktoronu açıqladı

25 İyun 2024 , 10:42
"Neftçi" yeni baş icraçı direktoronu açıqladı

“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub. Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. 

"Operativ Media" xəbər verir ki, İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb. 

Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu