http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Neftçi" loqosunu yenilədi

26 İyun 2024 , 20:12
"Neftçi" loqosunu yenilədi

"Neftçi” peşəkar futbol klubu loqosunu müasirləşdirib.

"Operativ Media" xəbər verir ki, müasirləşdirilmiş loqo klubun rəsmi media kanallarında təqdimat videosu ilə nümayiş etdirilib.

20 ildən sonra tarixində beşinci dəfə müasirləşən loqo günün dizayn trendlərinə uyğun hazırlanıb.

Rebrendinq zamanı futbol sahəsindəki məşhur və yaddaqalan imic dəyişikliyi halları öyrənilib, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işləri nəzərdən keçirilib. Həmçinin “xalqın komandası” adlandırılan “Neftçi”nin Azərbaycanın ən köklü klubu olması da diqqətdə saxlanılıb.

Klubun daha çox ilk emblemindən ilhamlanaraq müasirləşdirilən loqo dövrün tələblərinə uyğunlaşdırılıb. Belə ki, “Neftçi” PFK-nın ilk embleminin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə edilərək brendin əsas vizual atributu hazırlanıb. Bununla da klubun köklərinə və ənənələrinə sadiqlik nümayiş etdirilib, eyni zamanda simvola daha modern və cəlbedici görünüş verilib. Klubun ənənəvi ağ-qara rəngləri fonunda hazırlanan loqo emblem tərzindədir.

Müasirləşən loqonun verdiyi mesajda köklərə bağlılıqla yanaşı, nəsillərarası güclü əlaqə də öz əksini tapıb. Təsadüfi deyil ki, yeni sloqan da bu iki amili özündə birləşdirir:

İllərin “Neftçi”si

Gələcək nəsillərin “Neftçi”si!

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu