http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

AÇ-2024-də qrup mərhələsinin "ən"ləri

27 İyun 2024 , 12:42
AÇ-2024-də qrup mərhələsinin "ən"ləri

Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il futbol üzrə Avropa çempionatında 24 komandanın mübarizə apardığı 6 qrupda matçlar yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, qruplardakı nəticələrdən sonra Almaniya, İsveçrə, İspaniya, İtaliya, İngiltərə, Danimarka, Avstriya, Fransa, Rumıniya, Belçika, Portuqaliya və Türkiyə 1/8 finala vəsiqəni əldə edib.

AÇ-2024-ün qrup mərhələsində ən çox qol vuran komanda ev sahibi Almaniya olub. Almaniya 8 dəfə rəqib qapısına yol taparkən, Julian Nagelsmannın komandasının bombardiri 2 qolla Camal Musiala və Niklas Füllkruq kimi qeydə alınıb.

Turnirin qrup mərhələsində ən çox qol vuran ikinci komanda 6 qolla Avstriya olub, Türkiyə millisi isə 5 qolla İsveçrə, İspaniya və Portuqaliya ilə üçüncü yeri bölüşüb.

AÇ-2024-də qrupunu 3-də 3 ilə tamamlayan və 9 xalla lider kimi son 16-ya yüksələn İspaniya turnirin qrup mərhələsində ən az qol buraxan komanda olub.  Qruplarda oynadığı 3 matçda qol buraxmayan İspaniyanı 2 matçla Fransa, İngiltərə və Belçika izləyib.

Son matçda Portuqaliyanı məğlub edərən ən yaxşı 4 üçüncü arasında yer alan Gürcüstanda Giorgi Mamardaşvili 20 seyvlə qrup mərhələsinin ən çox seyv edən qapıçısı olub.

2024-cü il futbol üzrə Avropa çempionatında qrup mərhələsində ən çox qol vuran futbolçu gürcüstanlı Georges Mikautadze olub. Qruplarda Mikautadze 3 dəfə fərqləndiyi halda, ikinci yeri Camal Musiala, Razvan Marin, Kodi Qakpo, Niklas Füllkruq və İvan Şranz bölüşdürüb.

Turnirin qrup mərhələsində keçirilən qarşılaşmalardan sonra 6 futbolçu assist krallığında birinci olub. Dennis Man, Ante Budimir, Remo Freuler, Juraj Kucka, Alexander Prass və Nathan Ake qrup matçlarını 2 məhsuldar ötürmə ilə tamamlayıb.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu