http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı

01 İyul 2024 , 12:57
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

"Operativ Media" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşq keçəcək.

8 iyul tarixində isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq. Millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısı belədir: Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Eregli Spor”, Türkiyə), Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Milana Rəhimova (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Fidan Cəfərova (“Baku Juniors”), Vüsalə Hacıyeva (“Amedspor”, Türkiyə), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi “Fatih Vətən” Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Kristina Bakarandze, Nazlıcan Parlak (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Eastern Flames”, Səudiyyə Ərəbistanı), Vüsalə Seyfəddinova (“Olimpiada Imittou”, Yunanıstan).

Qeyd edək ki, Azərbaycan millisi hazırda 4 xalla B Liqasının 1-ci qrupunda sonuncu yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 22:20

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • 21:58

    Avropa Şurasının rəhbəri İranla əlaqələrin ən aşağı səviyyədə olduğunu bildirib
  • 21:34

    Ceyhun Bayramov Portuqaliyanın xarici ilər naziri ilə görüşüb
    Ceyhun Bayramov Portuqaliyanın xarici ilər naziri ilə görüşüb
  • 21:19

    Putin Rusiyada video oyun tərtibatçılarına dəstək üçün vəsait ayırmağı tapşırıb
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
Menyu