http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

03 İyul 2024 , 15:22
"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ” klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, “Qarabağ” akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
  • 19:40

    FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib
  • 19:35

    Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Menyu