http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Niko Uilyams - İspaniyanın gənc ulduzunun həyat hekayəsi

10 İyul 2024 , 12:15
Niko Uilyams - İspaniyanın gənc ulduzunun həyat hekayəsi

Hazırda "Atletik Bilbao"da bir yerdə çıxış edən Uilyams qardaşları bir müddətdir ki, İspaniyada irqçilik və ayrı-seçkiliyə qarşı mübarizənin önündə gedirlər.

Niko "Marca" qəzetinin dərc etdiyi bir başlıq ilə  sosial mediada paylaşılan bəzi irqçi paylaşımlara etiraz etmiş və buna İspaniya Futbol Federasiyası da dəstək vermişdi.

Futbolun təklif etdiyi mühüm platformadan xəbərdar olan və hər fürsətdə irqçiliyə qarşı mübarizə aparan Uilyams qardaşlarının hekayəsi insan alveri, immiqrasiya, ümid və sevgini ehtiva edir.

"Bizim etdiyimiz hər şey ailəmiz üçündür"

İnaki Uilyams uşaq olarkən atası Feliksin niyə ayaqlarında həmişə problem olduğunu başa düşə bilmirdi.

18 yaşı tamam olanda və Bilbaonun "Atletik" klubunda oynamağa başlayanda anası Mariya o, hamilə ikən atası Felikslə birlikdə Qanadan daha yaxşı həyat dalınca getməyini və Feliksin ayaqlarının bu səyahət zamanı Sahara səhrasının qızmar qumlarında yandığını izah etmişdi.

Maria və Feliks onları piyada İngiltərəyə gətirəcək səyahətin çoxunu tamamlamışdılar. Bir dəstə yığdıqları bütün pulları oğurlayaraq ailəni darmadağın etmişdi.

Onlar Afrikanın şimalındakı İspaniyanın Melilla anklavında saxlanılmış və burada vəkil onlara siyasi sığınacaq almaq üçün Qanadan deyil, müharibədən əziyyət çəkən Liberiyadan gəldiklərini söyləməyi tövsiyə etmişdi.

Vəkil onları İnaki Mardones adlı katolik keşişə yönəltmişdi. Mardones ailəsi üçün Bilbaoda bir ev tapmış və onları İnakinin doğulduğu xəstəxanaya aparmışdı və daha sonra İnakinin xaç atası olmuşdu.

Onun xaç oğlu üçün aldığı ilk hədiyyə qırmızı və ağ zolaqlı "Atletik" forması idi.

Sonrakı illərdə verdiyi müsahibədə Niko, "Allaha şükürlər olsun ki, indi hamımız buradayıq və həqiqətən yaxşı bir həyat yaşayırıq. Anam və atam oğullarının inkişafını izləyə bilirlər, ona görə də bura gəliblər. Etdiyimiz hər şey ailəmiz üçündür".

"Onlar həyatlarını riskə atdılar ki, qardaşım və mənim daha yaxşı gələcəyə sahib olaq və onlar bunu etdilər. Atam və anamın bizim üçün etdiklərini həmişə qiymətləndirəcəm. Onlar döyüşçü olublar, bizə hörmət və zəhməti öyrədiblər".

"Həqiqət budur ki, onların mənim valideynlərim olduğu üçün çox qürur duyuram və mən onların oğulları olduğuma görə fəxr etmələri üçün əlimdən gələni etməyə çalışıram."

Lakin İnakinin doğulmasından sonra Bilbaoda onların yeni həyatı Uilyams ailəsi üçün asan olmadı. Ailə 150 kilometr cənub-şərqdə Pamplonaya köçmək qərarına gəldi.

Niko Uilyams Artuer 12 iyul 2002-ci ildə orada anadan olub. Ancaq ailəsini dolandırmaq üçün kifayət qədər pul qazana bilməyən Feliks evə pul göndərmək üçün Londona köçüb.

Feliks Londonda bir ticarət mərkəzində yemək meydançasında masaları təmizləyirdi və "Çelsi"də turniketlərdə mühafizəçi işləyirdi.

Bu müddət ərzində İnaki Niko üçün ata kimi olsa da, anası ailəni saxlamaq üçün üç işdə çalışdı. Feliks 10 il idi ki, ailədən uzaqda idi. İndi o, yenidən Bilbaoda yaşayır.

Qana milli futbol komandasında oynamağa qərar verən İnaki hər zaman Nikoya göz qulaq olub.

Məktəbdən sonra ona "bocadillo" (sendviç) almaqdan tutmuş, sonradan elit bir idmançı olmaq üçün əməl etməli olduğu davranışları öyrətməyə qədər hər addımda onun yanında idi.

Niko "O, mənim üçün bir referans nöqtəsidir, o, mənim üçün hər şeydir, yemək yeyə bilməyimiz, dərsə gedə bilməyim və geyinməyim üçün ailəmə və mənə kömək etdi" deyə danışıb.

28 aprel 2021-ci ildə "Atletik"in "Real Valyadolid"lə 2:2 hesablı heç-heçə etdiyi matçın ikinci hissəsində oynayan Niko və İnaki 1986-cı ildən bu klubda birlikdə oynayan ilk qardaşlar oldular.

Nikonun Lamin Yamalla dostluğu

Nikonun İspaniya millisinin 16 yaşlı ulduz futbolçusu Lamin Yamal ilə yaxın münasibəti var.

Bu yaxınlarda qol sevincinə hazırlaşan iki gəncin rəqs görüntüləri internetdə viral olub.

İspaniyanın İtaliya üzərində qələbəsindən sonra Niko Lamin Yamala zarafatca “Mən ona [Yamala] dedim ki, “atasından”, yəni məndən çox şey öyrənməlidir” deyə bildirib.

Niko həmçinin Laminə bu əyləncəli və qeyri-adi anlardan həzz almağın vacibliyini vurğulayıb.

Onların dostluğu İspaniyanın mart ayında Kolumbiya və Braziliya ilə yoldaşlıq oyunlarına gedib çıxır.

OXŞAR XƏBƏRLƏR
Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

UEFA "Qarabağ"ı cərimələdi

UEFA "Qarabağ"ı cərimələdi

De Bleker Ramon Maçadonun epizodu ilə bağlı açıqlama verdi

De Bleker Ramon Maçadonun epizodu ilə bağlı açıqlama verdi

XƏBƏR LENTİ
  • 14:15

    Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər
  • 14:10

    AMB və Astana Maliyyə Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
  • 13:56

    Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq
    Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq
  • 13:46

    Prezident: Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar
    Prezident: Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar
  • 13:41

    Peskov: Yaxın Şərqdəki gərginlik narahatlıq doğurur
  • 13:40

    Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub
    Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub
  • 13:33

    Azərbaycan ilə Slovakiya arasında biznes tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
  • 13:30

    Prezident: Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır
Menyu