http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan gimnastları Portuqaliyada 11 medal qazandılar

15 İyul 2024 , 15:50
Azərbaycan gimnastları Portuqaliyada 11 medal qazandılar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” beynəlxalq yarışında 11 medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdiriblər.

Batut gimnastikasının təmsilçiləri olan Ömər Qasımlı, Fərhad Vəliyev və Hüseyn Abbasov həm də ikili mini-batut üzərində güclərini sınayıblar.

Tamblinqçilər yarışı 3 qızıl və 1 gümüş medalla başa vurublar. Adil Hacızadə (29.500) və Aleksey Karataşov (97.000) qızıl medal qazanıblar. Tofiq Əliyev (29.100) isə gümüş medalla kifayətlənib. Həmçinin T.Əliyev, A.Hacızadə və B.Qurbanov komanda hesabında qalib gələrək ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olublar.

Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldublar. Belə ki, Hüseyn Abbasov (53.700), Ammar Baxşalıyev (51.230), Ömər Qasımlı (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əli Niftəliyevin (53.090) gümüş medala yiyələnib. Nicat Mirzəyev isə topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında 3-cü yeri tutublar. Beləliklə, batut yarışlarında təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə 6 medal əldə ediblər.

İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Hüseyn Abbasov final çıxışını 25.200 xalla başa vuraraq Azərbaycana daha bir qızıl medal qazandırıb.

“Scalabis Cup” iyulun 11-dən 13-nə qədər keçirilib

OXŞAR XƏBƏRLƏR
"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

XƏBƏR LENTİ
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
Menyu