http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Səudiyyə Ərəbistanı səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16 İyul 2024 , 14:58
Azərbaycan və Səudiyyə Ərəbistanı səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov da iştirak edib.

Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi, ölkəmizin xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığının xüsusi yeri, əlaqələrin çoxşaxəli olması vurğulanıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iki ölkə arasında ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil, sosial müdafiə, turizm kimi sahələrlə yanaşı səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin ətraflı müzakirə olunduğunu xatırladıb.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan V.Qurbanov səhiyyə sahəsində bir çox seqmentlərdə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, tibbi reabilitasiya xidmətləri və tibbi turizmin inkişafı üçün də dəstəyin müsbət nəticələr verəcəyini bildirib.

Səfir İssam bin Saleh 1991-ci ildən etibarən ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu, bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, biznes, investisiya, energetika və səhiyyə sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraqlı olduğunu bildirib.

Səfir Ər-Riyadın tibbi turizm mərkəzinə çevrilməsi istiqamətində ciddi işlərin görüldüyünü və bu sahədə nailiyyətlərin əldə olunduğunu qeyd edərək, Azərbaycanla da təcrübə mübadiləsinin, ölkəsindəki vətəndaşların Azərbaycana tibbi xidmət almaq məqsədi ilə gəlmələrinin təşviq edilməsinin mümkünlüyün qeyd edib.

Eyni zamanda ölkəsində 7 səhiyyə şəhərciyinin mövcudluğunu bildirən səfir isti iqlim şəriati ilə əlaqədar dinamik olaraq artan insult xəstələrinin müalicəsində tətbiq olunan metodlarla bağlı, eləcə də tibbi reabilitasiya sahəsində də təcrübə mübadiləsinin aparıla biləcəyini qeyd edib.

“Siam əkizlərinin bir-birindən ayrılması əməliyyatı səudiyyəli cərrahlar tərəfindən uğurla aparılır. İndiyədək 60-dan çox siam əkizi üzərində uğurlu əməliyyatlar icra olunub. Bu istiqamətdə praktik əməkdaşlığa hazırıq. Eyni zamanda, Kral Salman Humanitar Yardım və Bərpa Fondu vasitəsilə ümumiyyətlə, ağır və dəyəri yüksək olan əməliyyatlara maliyyə dəstəyi də göstərilə bilər”.

Sonda səfir ötən ay Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu ilə vəziyyəti kritik-ağır olan Səudiyyə Ərəbistanı vətəndaşı olan şəxsə (qadın) təcili tibbi yardım briqadası, eləcə də Qəbələ Rayon Mərkəzi Xəsətəxanasının itisaslaşmış tibb personalı tərəfindən göstərilən zəruri tibbi xidmətə və xəstənin TƏBİB-lə Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunmasına görə təşəkkürünü bildirib. Hazırda onun Səudiyyə Ərəbistanında müalicəsinin davam etdirildiyini və vəziyyətinin hər gün daha da yaxşılaşdığını diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu