http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Argentina prezidenti Messini üzr istəməyə çağıran idman nazirinin müavinini işdən çıxarıb

18 İyul 2024 , 10:32
Argentina prezidenti Messini üzr istəməyə çağıran idman nazirinin müavinini işdən çıxarıb

Argentina prezidenti Xavyer Millay  millinin kapitanı Lionel Messini Fransa millisinin futbolçuları haqqında səsləndirilən irqçi mahnıya görə üzr istəməyə çağıran idman nazirinin müavinini işdən çıxarıb.

"Operativ Media" xəbər verir ki, Argentina millisinin oyunçuları Amerika kubokunu qazandıqdan sonra “Onlar Fransa millisində oynayırlar, amma kökləri Anqoladandır, anaları nigeriyalıdır, ataları kamerunlıdır, amma pasportlarında belə yazılıb" mahnısı oxunarkən Argentina millisinin və London "Çelsi"sinin yarımmüdafiəçisi Enzo Fernandes tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb.

Qalmaqaldan sonra Argentinanın idman nazirinin müavini Xulio Qaro Lionel Messiyə zəng edərək üzr istəyib.

Argentina prezidentinin ofisinin elanında deyilir ki, “Heç bir hökumət dünya çempionu və ikiqat Amerika kubokunun qalibi və ya hər hansı digər vətəndaşa nə deyəcəyini və ya düşünəcəyini deyə bilməz”. Ona görə də Xulio Qaro vəzifəsindən uzaqlaşdırılıb

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu