http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

19 İyul 2024 , 16:58
Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA.az saytına açıqlamasında Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, mütəxəssis birinci pley-offdakı rəqib Portuqaliya yığmasının güclü komanda olduğunu bildirib: “Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.

S.Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib: “Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.

Baş məşqçi ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib: “Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.

Qeyd edək ki, A millimiz Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus - Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu