http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

19 İyul 2024 , 20:54
“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

İyul ayının 19-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib.

DSX-nın mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, “A*” koteqoriyası üzrə 90 sm və “L” koteqoriyası üzrə isə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.

20 idmançının iştirak etdiyi “A*” koteqoriyasında baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Kamilla Həsənbəyova “Pür-pür” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva isə “Naxçıvanskiy” ləqəbli atla üçüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin  təmsilçisi Nicat Rəhimov “Nazlı” ləqəbli atla dördüncü, qeyd olunan məktəbin digər təmsilçisi Rüqayə Məhərrəmova isə “Püstə” ləqəbli atla beşinci yerin sahibi olub.

“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçiləri Anar Hümbətov “Damla” ləqəbli atla birinci, Seyid Musayev “Ayla” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Chantal” ləqəbli atla üçüncü yerin sahibi olub.

Yarışın növbəti mərhələsi 20 iyul tarixində “Sərhədçi” atçılıq klubunda keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu