http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Energetika Nazirliyində bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

26 İyul 2024 , 10:05
Energetika Nazirliyində bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, Komissiyanın sədri, nazii Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.

Gündəliyə müvafiq olaraq Komissiyanın son iclasından bu günədək görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Daha sonra bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin bp şirkətinin həyata keçirdiyi “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Mərkəzi Bankı, Minatəmizləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu