http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib

26 İyul 2024 , 16:32
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib

Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub.

"Operativ Media" xəbər verir ki, bu vəzifəyə çex diplomat Maqdalena Qronon təyin edilib.

Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Xanım Maqdalena Qrono səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcək.

Qurumdan o da bildirilib ki, diplomatiya və münaqişələrin tənzimlənməsi istiqamətində 25 illik təcrübəyə malik olan Maqdalena Qrononun əsas fəaliyyət istiqamətləri postsovet məkanı və Cənubi Qafqaz olub.

O, Şarl Mişeldən əvvəl Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk ilə birlikdə işləyib.

Bir müddət əvvələ qədər isə “International Crisis Group”un Avropa və Mərkəzi Asiya üzrə direktoru olub.

Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu