http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub

27 İyul 2024 , 12:05
Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub

Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

"Operativ Media" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müəssisələrlə keçirilən görüşdə qurumun struktur bölmələrinin rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları da iştirak edib.

Aqroparkın rezidenti “ISFA” MMC-nin 20 ha ərazidə meyvə bağı qurması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1.1 mln. manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir.

“Azerbaijan Company for Poultry Development” MMC-nin illik istehsal gücü 20 mln. ədəd damazlıq yumurta istehsalı layihəsi ilə tanış olunub. Layihənin reallaşdırılması ilə 27.1 mln. manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 ha ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 ha sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.

Aqropark üzrə 1939 ha sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52 mln. manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29 mln. manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.

Yevlax Pilot Aqroparkına baxış çərçivəsində Harvard Universitetinin eksperləri ilə ölkəmizdə yaradılmış sənaye parklarının potensialı, alternativ enerji ilə bağlı layihələr və ekoparkların yaradılması imkanları müzakirə olunub. Ekspertlər ölkəmizə səfər çərçivəsində yaradılmış sənaye parklarının fəaliyyəti ilə də tanış olacaqlar.

Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Gəncə və ətraf regionların sahibkarları ilə də görüş keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu