http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Yusif İmanov: "Əlimizdən gələni edəcəyik ki, bu mərhələni də keçək"

02 Avqust 2024 , 11:46
Yusif İmanov: "Əlimizdən gələni edəcəyik ki, bu mərhələni də keçək"

"Sabah”ın qapıçısı Yusif İmanov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Makkabi”ni (Hayfa) penaltilər seriyasında məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– 120 dəqiqəlik dramatik oyun və penaltilər seriyası. Gərgin qarşılaşmanı necə şərh edərdin?

– Oyun çox çətin keçdi. Dəhşətli dərəcədə temp var idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək qoymadılar, 120 dəqiqə dəstək oldular.

– Qapında 6 qol görsən də, kritik qurtarışların da oldu. Öz çıxışını necə dəyərləndirirsən?

– Əlimdən gələni etdim. Çalışdım ki, komandama kömək edim. Bəzi epizodları çıxarda bilərdim. Qismət olmadı.

– Penalti seriyasında həyəcan var idi?

– Xeyr, özümə inanırdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, oyunda penalti qaytaracam. Çox şükür ki, oyunsonrası penaltilər seriyasında bunu bacardım.

– Maraqlıdır ki, rəqibin bütün penaltiləri zamanı eyni istiqamətə – özündən sola tullanırdın…

– Bəli. Stratetigaya seçmişdim ki, bütün zərbələrdə ancaq eyni tərəfə tullanacam.

– Matçın gedişində tez-tez komanda yoldaşlarına narazılıq edirdin, qışqırırdın. Bu, nədən irəli gəlirdi?

– Biz oyundan öncə danışmışdıq ki, arxaya oturmaq olmaz. Rəqibi öndə qarşılaşamalıyıq. Lakin “Makkabi” oyuna çox aqressiv başladı. Komanda məcburən geri çəkilmişdi. Mən də komanda yoldaşlarımı motivasiya etmək üçün tez-tez qışqırırdım.

– İkinci hissədə “Makkabi” ardıcıl qollar vuranda ümidsizliyə qapılmamamışdınız ki?

– Açığı, bir az ümidsizlik oldu. Lakin çox şükür ki, tez ayıldıq.

– Növbəti rəqib “Sent-Patriks”dir. İrlandiyalılarla qarşılaşmalardan gözləntin nədir?

– Əlimizdən gələni edəcəyik ki, bu mərhələni də keçək. Növbəti tura yüksəlmək üçün hər iki matçda bütün gücümüzü meydanda qoyacağıq.

– “Makkabi” ilə duellərdən fərqli olaraq, bu dəfə cütün favoriti “Sabah” sayılır.

– Belə düşünmürəm. Ümumiyyətlə, favorit yalnız kağız üzərində olur. Gördüyünüz kimi, püşkdən öncə “Makkabi” favorit hesab edilirdi. Lakin mərhələni adlayan tərəf biz olduq.

– Artıq Misli Premyer Liqasında yeni mövsüm start götürür. Sıx qrafik sizə problem yaratmayacaq?

– Əksinə, oyunlara daha yaxşı motivasiya olacağıq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu