http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Prezident İlham Əliyev: Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə qədəm qoyub

05 Avqust 2024 , 19:30
Prezident İlham Əliyev: Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə qədəm qoyub

Azərbaycan-Pakistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edərkən deyib.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.

Dövlət başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb.

Prezident Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu