http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Türkiyə İsrailə qarşı iddiaya qoşulmaq üçün BMT məhkəməsinə müraciət edəcək

05 Avqust 2024 , 20:53
Türkiyə İsrailə qarşı iddiaya qoşulmaq üçün BMT məhkəməsinə müraciət edəcək

Avqustun 7-də Türkiyə Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddiaya qoşulmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ikigünlük səfərdə olduğu Misirdə danışıqların yekununda deyib.

"İsraillə bağlı hazırladığımız dosyeni çərşənbə günü prosesdə iştirak etmək imkanı əldə etmək məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik", - deyə Fidan bildirib.

Türk nazir İsrail hakimiyyətini Qəzzadakı münaqişəni bütün bölgəyə yaymaqda ittiham edib: "İsrailin Baş naziri Benyamin Netanyahu sülh istəmir. O, Qəzzadakı zorakılığı bütün regiona yaymağa çalışır. Netanyahu hökumətinin hərəkətləri bütün dünya üçün təhlükəlidir və onların qarşısı alınmasa, müharibə bütün dünyaya yayılacaq. Buna görə də İsraili dəstəkləyənlər baş verənlərə görə məsuliyyət daşıyırlar". 

Türkiyə daha əvvəl prosesdə iştirak etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Respublika Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç iyulun 30-da bildirib ki, Ankara səlahiyyətli orqana müraciətin hazırlanması prosesini başa çatdırıb. Türkiyə hakimiyyəti İsraili Qəzza zolağında insanlığa qarşı cinayət törətməkdə günahlandıraraq Netanyahu administrasiyasının məsuliyyətə cəlb olunmasını tələb edir.

OXŞAR XƏBƏRLƏR
Polşa Ukraynaya 400-ə yaxın tank göndərib

Polşa Ukraynaya 400-ə yaxın tank göndərib

ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib

ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib

Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib

Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib

XƏBƏR LENTİ
  • 08:50

    İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
  • 08:38

    "Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
  • Dünən
    23:26

    Şəkidə yol qəzası baş verib
  • Dünən
    23:05

    Polşa Ukraynaya 400-ə yaxın tank göndərib
  • Dünən
    22:59

    Azərbaycan yığması 3-cü turda da məğlub olmadı
  • Dünən
    22:54

    ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
  • Dünən
    22:40

    Əməkdar artist Rafiq İbrahimov vəfat edib
  • Dünən
    22:32

    Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib
Menyu