http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Qarabağ" "Ludoqorets"ə məğlub olub

06 Avqust 2024 , 22:02
"Qarabağ" "Ludoqorets"ə məğlub olub

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxır.

"Operativ Media" xəbər verir ki, Ağdam klubu doğma azarkeşləri önündə “Ludoqorets”i qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 57-ci dəqiqədə açılıb. Cərimə zərbəsindən qapı önünə göndərilən asmaya Duarte dəqiq baş zərbəsi endirib: 0:1.

Hesabda geri düşəndən sonra təzyiqi artıran "Qarabağ" çox keçmədən hesabı bərabərləşdirməyə müvəffəq olub. Juninyo 65-ci dəqiqədə topu tora qovuşdurub.

Buna baxmayaraq Bolqarıstan təmsilçisi matçın 87-ci dəqiqəsində yenidən önə keçməyi bacarıb. Qurulan əks-hücum zamanı Vidalın baş zərbəsindən sonra Buntiç qapısında ikinci topu görüb.

Matçın qalan vaxtında "Qarabağ" hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılsa da, bu cəhdlər heç bir nəticə verməyib.

Beləliklə, təmsilçimiz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını məğlub başa vurub: 1:2.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda baş tutacaq.

OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu