http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AFFA Premyer Liqa klublarını cərimələdi

08 Avqust 2024 , 14:21
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib

OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu