http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Paris-2024: Azərbaycan idmançıları vətənə qayıdıb

13 Avqust 2024 , 05:56
Paris-2024: Azərbaycan idmançıları vətənə qayıdıb

Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.

"Operativ Media" xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

OXŞAR XƏBƏRLƏR
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu