http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizdən çox artıb

13 Avqust 2024 , 09:48
Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizdən çox artıb

Bu il avqustun 1-nə Azərbaycanda ötən il avqustun 1-i ilə müqayisədə 6,3 % çox - 1 milyon 562 min 960 vergi ödəyicisi olub.

"Operativ Media" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 6,1 %, hüquqi şəxslərin sayı 7,4 % artıb.

İyulun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 183 528 vahid təşkil edib və illik müqayisədə 8,1 % artım qeyd alınıb.

Yanvar-iyul aylarında ölkədə 7 426 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6 616-sı (89,1 %) yerli investisiyalı, 810-u (10,9 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5 985-i (80,6 %-i) elektron qaydada, onların isə 4 832-si "Asan İmza" ilə, 1 140-ı yeni üsulla (finkod+mobil nömrə), 13-ü “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 101 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32 % təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 % artıb.

OXŞAR XƏBƏRLƏR
Qobustan sakini Ağdaşda qətlə yetirilib

Qobustan sakini Ağdaşda qətlə yetirilib

Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb

Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb

Bakıda yanğın baş verib, yolda sıxlıq yaranıb

Bakıda yanğın baş verib, yolda sıxlıq yaranıb

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu