http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Nazirlik: Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq

13 Avqust 2024 , 10:02
Nazirlik: Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

OXŞAR XƏBƏRLƏR
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

DİM 500-dək şagird üçün əlavə imtahan keçirib - YENİLƏNİB

DİM 500-dək şagird üçün əlavə imtahan keçirib - YENİLƏNİB

Paytaxtın bir sıra yolları bağlanacaq, avtobusların hərəkət sxemi dəyişdiriləcək

Paytaxtın bir sıra yolları bağlanacaq, avtobusların hərəkət sxemi dəyişdiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu