http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Vətəndaş kiberdələduzların tələsinə niyə düşür? -"Kartın üzərində 16 rəqəm pul köçürmək üçün kifayətdir"

13 Avqust 2024 , 16:45
Vətəndaş kiberdələduzların tələsinə niyə düşür? -"Kartın üzərində 16 rəqəm pul köçürmək üçün kifayətdir"

Azərbaycanda son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır. Daxili İşlər Nazirliyinin kiberdələduzluqla bağlı vətəndaşlara dəfələrlə müraciət etməsinə baxmayaraq “qurban"ların sayı azalmır.

Məsələ ilə bağlı "Operativ Media”ya açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, dələduzlar ən çox elan saytlarından götürdükləri nömrələrə yazıb, onların güvənini qazanaraq vətəndaşları aldadır:

Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞ

“Bütün hüquq-mühafizə orqanlarının əlaqədar şəxsləri, daimi maarifləndirmə aparır ki, kartın 16 rəqəmi xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir. Kartın üzərində 16 rəqəm pul köçürmək üçün kifayətdir. Kartın üzərindəki digər məlumatlar isə gizlədilməlidir. Bəzən hətta məlum olur ki, kiberdələduzluğa uğrayan şəxslər sadəcə kartın üzərindəki 16 rəqəmi verməyib, digər məlumatları da dələduza aldanaraq ötürüblər”.

Dələduzlar elan saytlarından götürdükləri nömrələrə yazıb, onların güvənini qazanırlar. Dələduzlar maşın satmaq və iş axtaran şəxsə link göndərərək, kart məlumatlarını o linkə daxil etməli olduqlarınına razı sala bilirlər. Rüsüm ödəməli olduqlarını adama beh verəcəyi ilə aldadır, vətəndaş isə qarşı tərəfə inanır və ona göndərilən linkə bütün məlumatları daxil edir. Beləliklə kartda olan bütün pullar dələduz tərəfindən mənimsənilir. Unutmamaq lazımdır ki, sadəcə 16 rəqəm pul köçürməsi üçün kifayətdir. Hər dəfə metodlar təzələnir. Bu barədə maarifləndirmə işləri aparılmalıdır. Məlumatsız vətəndaş, potensial qurbandır”.

Vəkil Turan Abdullazadə vətəndaşlara sosial şəbəkədə tanımadığı insanlara bank hesab kartlarının şifrəsini, şəxsiyyət vəsiqəsinin məlumatlarını verməməyi tövsiyyə edib:

news-333.jpg

“Texnoloji inkişaf insan və cəmiyyətin tərəqqisi yolunda müsbət olsa da, sosial mediada dələduzluq hallarının artmasına səbəb olur. Hazırda azyaşlı uşaqlardan tutmuş, hər kəsin əlində telefon var. Buna görə də kiberdələduzluq gündən-günə artır.

Vətəndaş sosial şəbəkədə tanımadığı insanlara bank hesab kartlarının şifrəsini, şəxsiyyət vəsiqəsinin məlumatlarını, bank kartının üzərindəki yazıları verməməlidir. Eyni zamanda şübhəli linklərə daxil olmamalıdır.

Bir çox halda kiberdələduzların şəxsiyyətinin müəyyən olunmadığını bildirən vəkil, bu işlə məşğul olan şəxslərə hansı cəza verildiyinə aydınlıq gətirib:

“Kiberdələduzların bir çox hallarda şəxsiyyətini müəyyən etmək olmur. Onlar saxta hesab və profillərdən istifadə edirlər. Bu cür hallar ilə üzləşən şəxslər hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Məmmədova Gülcahan

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu