http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Tyaqo Silva: "Qapıçı yoldaşlarıma və qapıçı məşqçimə minnətdaram"

16 Avqust 2024 , 11:44
Tyaqo Silva: "Qapıçı yoldaşlarıma və qapıçı məşqçimə minnətdaram"

"Zirə”nin qapıçısı Tyaqo Silva Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Osiyek”lə cavab oyununda penaltilər seriyasında 5 zərbədən 4-nü dəf edərək matçın qəhrəmanına çevrildi.

"Operativ Media" xəbər verir ki, o, pley-offa vəsiqə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Silva nəticədən məmnundur: “Özümüzlə qürur duymalıyıq. Yaxşı çempionatı təmsil edən güclü kollektivə qarşı layiqli mübarizə aparıb qələbə qazandıq. Nəticədən məmnunuq, xoşbəxtik. Artıq bundan sonra “Omoniya” (Kipr) ilə oyunlara köklənməliyik”.

Qapıçı penalti seriyasından öncə baş məşqçi Rəşad Sadıqovun onu danladığını deyib: “Baş məşqçimiz mənə yaxınlaşdı və bildirdi ki, “Şerif”lə oyunsonrası penaltilər seriyasındakı çıxışımdan məmnun qalmayıb. Baş məşqçimiz hər zaman doğrularımızı, səhvlərimizi bilir. Mən onun iradlarını pozitiv qəbul edirəm. Bəlkə də elə buna görədir ki, bu dəfə penaltilər seriyasındakı çıxışım çox uğurlu alındı. “Şerif”lə oyundakı penaltilər seriyası “Osiyek”lə matçdakından fərqli idi. Orda demək olar ki, əksər zərbələr qola çevrilmişdi. Hər oyun bir təcrübədir. Səhvlərimizdən öyrənirik. Rəqib qapıçı da 3 penalti dəf etdi. Normalda sən rəqibin 3 zərbəsini qaytarmısansa, qalib olursan. “Osiyek”in qapıçısı qola imkan vermədikcə, mən daha da gərgin olurdum. Düşünürəm ki, eynilə mən də penaltini dəf etdikcə rəqibdə gərginlik yaranırdı. Çox şükür ki, sonda biz daha dəqiq olduq və qələbə qazandı. Demək olar ki, rəqibin ilk 3 penaltini hansı istiqamətə vuracağını analizlərə əsasən bilirdim. Lakin son 2 penaltini intuisiyama əsasən qaytardım. Buna görə də qapıçı yoldaşlarıma və qapıçı məşqçimizə minnətdaram".

OXŞAR XƏBƏRLƏR
Mahir Emreli "Nürnberq"də debüt etdi

Mahir Emreli "Nürnberq"də debüt etdi

ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

XƏBƏR LENTİ
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Menyu