http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Meymunçiçəyi virusu sürətlə yayılır: Bu xəstəlik nədir və necə yaranıb?

20 Avqust 2024 , 10:07
Meymunçiçəyi virusu sürətlə yayılır: Bu xəstəlik nədir və necə yaranıb?

Son zamanlar sürətlə yayılan Mpox (meymunçiçəyi) virusu nədir və özünü necə göstərir?

Virusa yoluxmuş şəxs əvvəlcə qripə bənzər simptomlar hiss etməyə başlayır. Qızdırma, baş ağrısı, əzələ ağrıları və yorğunluq bunlara daxildir. Simptomlar başlamazdan əvvəl infeksiyanın inkubasiya dövrü 5-21 gündür. Orta hesabla bu müddət 6-13 gün davam edir. Virusun xarakterik bir xüsusiyyəti limfa düyünlərinin şişməsidir. Xəstəlik ağırlaşdıqda dəridə səpgilər görünməyə başlayır. Yaralar ağızda, ayaqlarda və cinsiyyət orqanlarında olur. Bu zaman bədəndə iri qabarcıqlar görünə bilər. Üç-dörd həftəlik infeksiyadan sonra ləkələr qara rəngə çevrilərək, yerindən çıxmağa başlayır.

Dəridə uzun müddət çapıqlar qalır. Simptomları aradan qaldırmaq üçün dərmanlardan başqa heç bir xüsusi müalicə yoxdur. Mpox ilə mübarizə əksər xəstəliklər kimi, xəstənin yaşından, immunitetindən və xəstəliyin mərhələsindən asılıdır.

Meymunçiçəyi ilk dəfə harada aşkarlanıb?

Mpox ilk dəfə 1958-ci ildə Danimarkanın Kopenhagen şəhərindəki laboratoriyada Sinqapurdan gətirilən meymunlarda aşkar edilib. Pensilvaniya Universitetinin antropoloqu Saqan Friant Nigeriyada 15 ildən çox bu xəstəliyi öyrənib. Onun sözlərinə görə, meymunçiçəyi virusu gəmiricilərdən yarana bilər. Amma bu hələ tam sübut olunmayıb. 2022-ci ilin noyabrında ÜST irqçi və alçaldıcı ifadələrə görə virusun adını meymunçiçəyi olaraq dəyişdirib.

İnsanda ilk yoluxma halı:

İnsanda ilk yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında xəstəxanaya yerləşdirilən doqquz aylıq uşaqda aşkar edilib. Xəstə meymunların yaşadığı tropik meşəlik ərazidə yaşasa da, onun yoluxmuş meymunla təmasda olub-olmadığı məlum deyil. Oğlan bu infeksiyadan sağalıb. Amma qızılcaya yoluxduğu üçün bir neçə gün sonra dünyasını dəyişib. Xəstəlik Afrikanın digər bölgələrində və 2003-cü ildə ABŞ-də də aşkar edilmişdir.

Mpox virusunun neçə növü var:

Virus iki sinfə malikdir. 2022-ci ilin mayında xəstəliyin ikinci dalğası baş verdi. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, 2022-ci ilin əvvəlindən bəri qitədə 1,267 nəfər bu virusa yoluxub, 285 dünyasını dəyişib.

ÜST-nin məlumatına görə, virusun yeni variantı “clade Ib” adlanır. Bu variant daha təhlükəli və sürətli yayılır. Bu virusun birinci variantına yoluxan xəstələrinin 99,9 faizi sağ qalır. Bu virusa yoluxanların 10 faiz ölüm riski olduğu bildirilib. Bu səbəbdən ÜST meymunçiçəyi virusu ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib.

Meymunçiçəyi virusu necə ötürülür?

Covid-19-dan fərqli olaraq, Mpox asanlıqla insanlara keçmir. Bunun əvəzinə insandan-insana və ya heyvandan-insana keçmək üçün yaxın təmas olmalıdır. Virusun necə yayılması ilə bağlı dəqiq bir məlumat yoxdur. Yoluxmuş heyvanla sıx təmas, virusun gözlərin, tənəffüs yollarının və dərinin selikli qişaları vasitəsilə ötürülməsi dəqiq sübut edilməmişdir. Britaniya alimləri virusun cinsi əlaqə yolu ilə də keçə biləcəyini sübut ediblər.

Bu virusdan necə qorunmaq olar:

Çiçək xəstəliyinə qarşı hazırlanmış peyvəndlərin Mpox-a qarşı 80 faiz təsirli olduğu bildirilib. Virusdan qorumaq üçün xəstə və ölü heyvanlardan uzaq durmaq, ət məhsullarını yaxşı bişirmək, əl-üzü tez-tez yumaq lazımdır.

BMT 2020-ci il hesabatında insanların heyvanların təbii yaşayış yerlərinə təcavüzü və iqlim dəyişikliyi nəticəsində heyvanlardan insanlara keçə biləcək yeni xəstəliklərin riskinin artdığını bildirir. Saqan Friant çıxışı zamanı insanlara müraciət edib:

“Mpox Covid-19-dan sonra heyvandan insana yayılan ən son xəstəlikdir. Nisbətən yavaş yayılmasını və infeksiyanın qarşısını almaq üçün peyvəndlərin mövcudluğunu bu virusun epidemiyaya çevrilməsinin qarşısını ala bilər. Ancaq meymunçiçəyi bu təbiətin sonuncu xəstəliyi olmayacaq. Dünya bundan sonra baş verəcəklərə hazır olmalıdır”, - deyə o bildirib.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu