http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Mahir Emrelinin məşqlərə başlayacağı tarix bilindi

22 Avqust 2024 , 16:09
Mahir Emrelinin məşqlərə başlayacağı tarix bilindi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubunda komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.

"Operativ Media" "Bild" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrda, yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.

Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib:

"Hələlik proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".

Qeyd edək ki, Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

OXŞAR XƏBƏRLƏR
ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

XƏBƏR LENTİ
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Menyu