http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Tayvan 3000 pilotsuz uçuş aparatından ibarət hərbi donanma yaradacaq

11 Yanvar 2023 , 10:15
Tayvan 3000 pilotsuz uçuş aparatından ibarət hərbi donanma yaradacaq

Tayvan artan müdafiə təhdidlərinə qarşı 3000 yeni pilotsuz uçuş aparatı (PUA) donanması yaratmağı planlaşdırır.

"Operativ Media" Taipei Times qəzetinin məlumatına görə, Müdafiə və İqtisadiyyat Nazirliyi, Milli Elm və Texnologiya Şurası və Milli Çunq-Şan Elm və Texnologiya İnstitutunun (CSIST) nümayəndələrindən ibarət nümayəndə heyəti bu məsələ üzərində işləyir.

Nümayəndə heyətinin verdiyi açıqlamaya görə, layihə çərçivəsində hərbi məqsədlər üçün istifadə ediləcək təxminən 3000 İHA-nın tədarükü üçün 9 istehsalçıdan prototiplərin hazırlanması istəniləcək.

İstehsalçılar gəmi kəşfiyyatı, yer kəşfiyyatı və ümumi kəşfiyyat PUA-ları, həmçinin miniatür pilotsuz uçuş aparatları və hədəf aşkarlama qabiliyyətinə malik pilotsuz təyyarələr üçün prototiplər hazırlayacaqlar.

Prototiplərin istehsalı üçün Müdafiə Nazirliyi avqust ayında məhdud tenderlər açacaq. Tenderdə qalib gələn şirkətlərin ilin ikinci yarısında istehsalını başa çatdıraraq, gələn ilin əvvəlində tədarükləri həyata keçirməsi planlaşdırılır.

Tayvanın müdafiə sənayesinin inkişaf etdirilməsi təşkilatı CSIST-in texnologiyanı istehsal şirkətlərinə ötürməsi nəzərdə tutulur.

 

OXŞAR XƏBƏRLƏR
ABŞ-də atışma olub

ABŞ-də atışma olub

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu