http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Parklanma yerlərində 22:00-dan sonra vətəndaşdan ödəniş tələb olunur?

28 Avqust 2024 , 11:08
Parklanma yerlərində 22:00-dan sonra vətəndaşdan ödəniş tələb olunur?

Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Vətəndaşlar bildirib ki, Bakının mərkəzində yerləşən parklanma yerlərində 22:00 sonra bəzi şəxslər qeyri-qanuni yolla pul tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Operativ Media”ya açıqlama verib:

Picture background

O bildirib ki, Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə 1 ildən çoxdur ki, ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir:

“Parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə 1 ildən çoxdur ki, ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir.

Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.

AYNA rəsmisi səlahiyyəti olmayan şəxslərin parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimələndiyini bildirib:

“Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə də müəyyən edilib.

Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.

Nəqliyyat eksperti Aslan Əsədov parkinqərə nəzarətin doğru şəkildə aparılmadığını bildirib:

1aedAYs88bLZbCAmCF7Y.jpg

“Parkinq məsələləri yarandığı ilk gündən qalmaqala səbəb olub. Bu isə xoş hall deyil. Ümumiyyətlə parkinq sistemləri xarici təcrübəyə əsasən tətbiq olunmalıdır. Çox təəssüf ki, bu gün parklanma yerlərində mənfi hallarla qarşılaşırıq. Həmin şəxslər aidiyyatı qurumlarla müəyyən icazələr əsasında hərəkət etmələri tövsiyyə olunur.

Bakının bir çox mərkəz küçələrində istər Təbriz, istərsə də Ziya Bünyadov prospekti boyunca ödənişli parkinqlər mövcuddur. Burada əsas narahatlıq yaradan səbəb, parkinqlərə nəzarətin güclü olmaması və yaxud doğru şəkildə aparıla bilməməsidir. Bu kimi amillər vətəndaşın müəyyən problemlərlə qarşılaşmasına səbəb olur. Bu hallarınn aradan qaldırılması üçün aidiyyəti qurumlar tədbir görməlidir”.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu