http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub

28 Avqust 2024 , 11:21
Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub

Biləsuvar rayonunda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı son 1 həftə ərzində 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir neçə gün ərzində tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərlə bağlı keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafe, restoran və digər qadağan olunmuş yerlərdə siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu