http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

ETSN: Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər

28 Avqust 2024 , 14:20
ETSN: Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər

Iqlimə dair Paris razılaşmasına əməl edilməsə və temperatur 4-5 dərəcə artsa, Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər.

"Operativ Media" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ancaq bu razılaşmaya əməl edilərsə, bu gösəricinin 20-25 % çivarında olacağı gözlənilir:"Buna baxmayaraq biz bu gündən hazır olmalıyıq ki, gələcəkdə bu problemlərlə üzləşməyək. Bəzən quraqlıq illərdə illik normanın 40-50 %-i qədər su olur və bu kəskin su qıtlığına səbəb olur. Bu səbəbdən də indidən infrastrukturumuzu hazır eləməliyik".

R. Verdiyev hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək: "Bu həm də qurumlara öz sahələrində su ilə bağlı hər hansısa hadisələrin azaldılmasına imkan verəcək".

O xatırladıb ki, ötən il "Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da, erkən xəbərdarlıq sisteminin yaradılması layihəsi çərçivəsində atılan ilkin addımdır: "Bu yaxınlarda Yaşıl İqlim Fondu nazirliyin erkən xəbərdarlıq sistemi ilə bağlı layihəyə 30 milyon ABŞ dolları maliyyələşmənin ayrılması ilə bağlı baxış mərhələsini sona çatdırıb. Artıq layihə təsdiq üçün təqdim edilib".

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu