http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Jurnalist seçicilərə nə VƏD EDİR...

28 Avqust 2024 , 14:26
Jurnalist seçicilərə nə VƏD EDİR...

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə qatılan deputatlığa namizədlər arasında bir sıra jurnalstlər də var.

"Operativ Media" xəbər verir ki, 50 saylı Abşeron Üçüncü seçki dairəsində mübarizə aparan namizəd Ağaşirin Məmmədov da əvvəllər müxtəlif KİV-lərdə çalışıb.

Ağaşirin Əli oğlu Məmmədov 1974-cü ildə Qubadlı rayonunun Alaqurşaq kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurandan sonra Azərbaycan Dövlət İqtisad Universitetunin Beynəlxalq iqtisadi münasibətlər fakultəsində ali təhsil alıb. Ali təhsil dövründə “Siyasi natiqlik məktəbi”ndə oxuyub. 1996-cı ildə Türk Dünyası Gənclər Federasiyasını yaradanlardan biri olub.

Universiteti bitirəndən sonra cəbhə bölgəsində hərbi xidmət keçib.

Ağaşirin Məmmədov uzun müddət media qurumlarında çalışıb, "Avrasiya", "Bu gün", "Ekspert" qəzetlərində müxbir, İnformasiya şöbəsinin müdiri və reklam direktoru vəzifəsində çalışıb.

O, bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə, o cümlədən Mətbuat xidmətinin rəhbəri postunda da çalışıb. Bununla yanaşı, mətbuatla əlaqələri də kəsməyib, bir sıra KİV-lərlə əməkdaşlığı davam etdirib.

Yaşadığı Abşeron rayonu ərazisində, o cümlədən Saray qəsəbəsində bir sıra sosial-iqtisadi problemlərin həllində fəallıq göstərib, onların aradan qaldırılmasında yaxından iştirak edib.

A.Məmmədov 2020-ci ildə keçirilmiş parlament seçkilərində də 50 saylı seçki dairəsindən deputatlığa namizəd olub.

Ailəlidir, iki övladı var.

“Məqsədim müstəqil, azad, suveren Azərbaycanda dövlət ənənələrinin həyata keçiriləməsinə töhfə vermək və daha möhkəmlənməsinə xidmət etmək, ölkəmizin iqtisadi inkişafı üçün gerçəkləşdirilən islahatları dəstəkləmək, vətəndaşların sözünü yüksək tribunalardan səsləndirməkdir. Kiçik və orta sahibkarlığın geniş inkişafına şərait yaradılması, milli-mənəvi dəyərlərimizin qorunması, seçiciləri narahat edən məsələlərin aidiyyatı qurumların diqqətinə çatdırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması, bunların qanunların qəbulunda nəzərə alınması vacib şərtlərdir”, - deyə Ağaşirin Məmmədov seçki platforması haqqında danışarkən qeyd edib.

A.Məmmədli deyir ki, 50 saylı Abşeron Üçüncü seçki dairəsinin ərazisinə daxil olan Saray, Novxanı, Mehdiabad, Digah, Məmmədli, Fatmayi, Goradil qəsəbələrində yaşayan seçicilərə güvənir, onların Milli Məclisdəki səs olmaq istəyir.
 

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu