http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İdman naziri İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib

29 Avqust 2024 , 18:05
İdman naziri İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib.

"Operativ Media" xəbər verir ki, kompleksin buz meydançasında qızlardan ibarət fiqurlu konkisürmə, oğlanlardan ibarət hokkey bölmələrinin məşq proseslərini izləyən nazir Fərid Qayıbov və nazir müavini Mariana Vasileva mütəxəssislər, məşqçilər və gənc idmançılarla söhbət ediblər.

Həmçinin ölkəmizdə ilk dəfə yaradılan körlinq idman növü ilə də maraqlanıblar. Bildirilib ki, “Ocaq” sport klubunun nəzdində açılan körlinq bölməsi idman ləvazimatları ilə təmin edilib və yaxın vaxtlarda bu idman növü ilə məşğul olmaq istəyənlər qruplara yazıla biləcəklər.

MMA, cüdo, gimnastika və stolüstü tennis bölmələrində də idmançıların məşq prosesi ilə maraqlanan nazir onlarla söhbət edib, məşqçiləri ilə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Qeyd edək ki, hazırda İdman-Konsert Kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılıb. Burada peşəkar və həvəskar konkisürmə, hokkey, körlinqlə yanaşı, bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, parkur, TeamGym, hava gimnastikası, xüsusi olimpiya gimnastikası, cüdo, MMA, stolüstü tennis, şahmat və fitnes bölmələri də mövcuddur. Azərbaycanda ən böyük trenajor zalı da məhz bu kompleksdə fəaliyyət göstərir. Hər yaş qrupundan olan insanlar burada həvəskar və peşəkar idmanla məşğul ola bilərlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu