http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

AZAL: Zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur

30 Avqust 2024 , 08:33
AZAL: Zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur

Çox sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.

AZAL-ın mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sərnişinlərin çoxluğu “Azərbaycan Hava Yolları” aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.

Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.

Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır. Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu